http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Parkinqə daxil oldum, boş yer olmadığı üçün çıxışa yaxınlaşdım, ödəniş tələb etdilər"

25 İyun 2023 , 21:02
"Parkinqə daxil oldum, boş yer olmadığı üçün çıxışa yaxınlaşdım, ödəniş tələb etdilər"

"Parkinqə daxil olduqdan sonra boş yer olmadığını gördüm. Yenidən çıxışa yaxınlaşıb iradımı bildirdikdə isə artıq mənə ödəniş etməli olduğumu dedilər" - bunu "Operativ Media" nın qaynar xəttinə Sərdar İsayev adlı oxucumuz yazıb.

Sərdar İsayevin sözlərinə görə, dünən günorta saatlarında Bakıda yerləşən "Qlobus Plaza"nın dayanacağında avtomobil saxlamaq üçün giriş edib. Girişdə heç kim ona parkinqin boş və ya dolu olması barədə məlumat verməyib. İçəri daxil olduğu zaman boş yerin olmadığını görüb.
"Gördüm ki, saxlamağa yer yoxdur. Məcbur qalıb geriyə - çıxışa yaxınlaşdım. Bu zaman dedilər ki, 1 manat ödəniş etməliyəm. Mən iradımı bildirdim ki, mənim parkinqdə qalma müddətim heç 5 dəqiqə deyil, üstəlik ərazidə boş yerin olmaması ilə bağlı məlumat verməmisiniz. Nəzarətçi isə bildirdi ki, pulu verməsəm, şlaqbaum açılmayacaq. Mənim kimi eyni vəziyyətə bir neçə sürücünün də gözlədiyini görüb ödəniş etmək məcburiyyətində qaldım".

Maraqlısı burasındadır ki, bu parkinqlərlə bağlı irəli sürülən şikayətlər arasında ilk deyil. Sosial şəbəkələrdə istifadəçilər dəfələrlə belə hallarla qarşılaşdıqlarını bildirirlər. Bəzi hallarda isə ödəniş etdikdən sonra parkinqi tərk etmək üçün 15 dəqiqə verilən vaxt da sürücünün əlavə cərimələnməsinə səbəb olur. Belə ki, sürücülər deyir ki, ödəniş etdikdən sonra çıxışda növbə yaranırsa və sürücünün öz səbəbindən olmadan gecikmə olursa, nəzarətçilər yenə də əlavə ödəniş tələb edir.

"Operativ Media"ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, alınan ödəniş tam qanunsuzdur.

"İlk növbədə öncədən məlumatverici lövhələrlə qeyd olunmalıdır ki, boş və dolu yerin sayı nə qədərdir. Sürücü bilməlidir ki, yer boşdur və keçə bilər. İkinci məsələ isə burasındadır ki, boş yerin olmadığını bilən nəzarətçilər girişi dayandırmalıdır. Praktikada parkinqin ilk 15 dəqiqəsi ödənişsiz olmalıdır".
 
Məsələ ilə bağlı Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirdilər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

"Vətəndaşa xidmət (parking) ərazisinə daxil olduğu zaman mütləq şəkildə avtomobil dayanacağında boş yerlərin olması ilə bağlı məlumat verilməlidir. Bu kimi məlumatlar həm təqdim edilən qəbzlərdə, həm də onlayn ekranlarda öz əksini tapmalıdır. Həmçinin, iddia edilən məsələnin dəqiq araşdırılması məqsədilə müqavilə şərtlərinə baxılmasının zəruri olduğunu nəzərinizə çatdırırıq".

Şikayətin ünvanlandığı "Qlobus Plaza" dan isə mövqe öyrənə bilmədik.

OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Prezident  Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu