Bakı sakinindən 2 kiloqrama yaxın narkotik maddə aşkarlandı

admin
Bakı sakinindən 2 kiloqrama yaxın narkotik maddə aşkarlandı

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Rauf Mayılov saxlanılıb.

"Operativ Media" xəbər verir ki, şəxsi axtarış zamanı ondan 23 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar olunub. 
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 334 qramdan artıq heroin, 260 qramdan çox metamfetamin və elektron tərəzi götürülüb. 
Araşdırma aparılır.

Digər xəbərlər