http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda idman nazirlərinin konfransı keçirilir

26 İyun 2023 , 14:23
Bakıda idman nazirlərinin konfransı keçirilir

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.

"Operativ Media" xəbər verir ki, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.

Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-dək yaxın ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.

Qeyd edək ki, konfrans iyunun 29-dək keçiriləcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.

OXŞAR XƏBƏRLƏR
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

XƏBƏR LENTİ
  • 09:24

    Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir - VİDEO
  • 09:21

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:40

    Bakıda sıxlıq olan yollar açıqlanıb
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
Menyu