Menyu

Vətən müharibəsi iştirakçısı dənizdə boğulub - FOTO

Vətən müharibəsi iştirakçısı dənizdə boğulub - FOTO

Lənkəranda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarət olunmayan hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.

Daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.

Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.

Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.

Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər