Xətai rayonunda təmir işləri ilə əlaqədar suyun verilişində fasilə yarandı
Xətai rayonunun bir hissəsində (Köhnə Günəşli və ətraf ərazilər) içməli suyun verilişində fasilə yaranıb.
"Operativ Media" xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı feysbuk hesabında yazıb.
"Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakısukanal və Xətai rayon Sukanal idarələrinin qəza briqadaları əraziyə cəlb olunub. Axşam və gecə saatlarında təmir-bərpa işləri davam etdiriləcək", - deyə qurum rəsmisi bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net