01 İyul 2023, 18:22
Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyə edilib
Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyə edilib şəkil
Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyə edilib

Qax rayon sakini dağlıq ərazidə yıxılaraq xəsrət alıb.

"Operativ Media" xəbər verir ki, Qax rayonu Zəyəm kənd sakini 30 yaşlı Zəfər Abdullazadə rayon mərkəzindən 27 km məsafədə İlisu kənd inzibati ərazisində İlisi Dağ Hamamı adlanan əraziyə gəzməyə gedərkən ehtiyatsızlıqdan yıxılıb.

Z. Abdullazadənin yıxıldığı yerdən təxliyə edilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadası əraziyə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"-ya bildirilib ki, Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan Zəfər Abdullazadə təxliyə olunub və hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

Son xəbərlər
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb