03 İyul 2023, 21:02
Atasından polisə şikayətə gələn şəxs ölüb
Atasından polisə şikayətə gələn şəxs ölüb şəkil
Atasından polisə şikayətə gələn şəxs ölüb

İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib. O sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq o, ürək tutmasından ölüb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb