Son 6 ay ərzində ölkə ərazisində idmançı yeniyetmələr arasında baş verən mübahisələr 11 nəfərin yaralanması, 3 nəfərin ölməsi ilə nəticələnib. Statistik məlumatlar onu deməyə əsas verir ki, yeniyetmə idmançılar arasında sağlamlığa xəsarət və ölümlə nəticələnən hadisələr yetişkin insanlar arasındakı kriminal vəziyyətlə eynidir.
“Operativ Media” yeniyetmə idmançılar arasında artan kriminal situasiyanı araşdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyir ki, bu hal komitənin də nəzarətindədir.
Elgün Səfərovun sözlərinə görə, Milli Olimpiya Komitəsinin xüsusi bir proqramı var:
“Digər ölkələrdə olduğu kimi Azərbaycanda da idmançılar arasında cinsi zorakılıq, kiber idman və digər neqativ hallara rast gəlinməkdədir. Bu il Milli Olimpiya Komitəsi tərəfindən bu iş nəzarətə götürülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu işə dəstəkdir".
Elgün Səfərov əsas problemlər və onların səbəblərinə də toxunub:
“Bu gün qeydə alınan problemlərin bir neçə səbəbi var. Birinci növbədə idman psixoloqlarının sayı çox azdır. İdman psixoloqları barmaqla sayılası qədərdir. Hər federasiyanın ayrıca psixoloqu olmalıdır. Futbol psixoloqu ayrıca texnika ilə işləyir, cüdo psixoloqu ayrıcaq texnika ilə. İkinci məsələ məşqçlər həm də psixiloji məqamlar üzərində işləməlidir. Məşqçilər üçün də ayrıca norma və qaydalar işlənməlidir".
Komitənin şöbə müdirinin sözlərinə görə, məşqlər zamanı idmançıların yaş kateqoriyası mütləq nəzərə alınmalıdır:
“Bu qaydalar müəyyənləşdirilməlidir. Beynəlxalq təcrübə tətbiq olunmalıdır. Hər yaş kateqoriyası ayrıca nəzərə alınmalı və ailə vəziyyəti araşdırılmalıdır. Ola bilər ki, ailədə də zorakılığa məruz qalır və ya kənarda görür bu da idmana təsir edir".






