Elm adamları son 50 ildə insan beyninin kiçildiyini bildirib və bəzi xəbərdarlıqlar edib.
"Operativ Media" xəbər verir ki, dünyanın ən qabaqcıl universitetlərindən biri olan London İmperial Kollecində Beyin Kimyası və Qidalanma Departamentinin direktoru vəzifəsində çalışan və öz sahəsində ən nüfuzlu adlardan biri olan professor Maykl Krouford bu barədə açıqlamalar verib.
Krouford pis qidalanma və vərdişlər səbəbindən beyin kütləsi və İQ səviyyələrində ciddi itki olduğunu bildirib: "IQ səviyyələri 1970-ci ildən bəri aşağı düşür və bu, həqiqətən də gülməli deyil. Çünki bu vəziyyət davam edərsə, homo sapiens növlərinin sonu gələ bilər”.
Beyin sağlamlığı üçün sağlam qidalanmanın əhəmiyyətinə diqqət çəkən Krouford beyin sağlamlığı üçün daha tez-tez yağlı balıqların istehlak edilməsi lazım olduğunu deyib: “Müasir insan beyni bizim ilk əcdadlarımızın beynindən 17 faiz kiçikdir”.
Uşaqların gələcəyinin də risk altında olduğunu bildirən Krouford, hamilə qadınların və uşaqlı qadınların uşaqlarını əmizdirmək üçün omeqa-3 tərkibli balıqlarına üstünlük verməli olduqlarını bildirib.






