Menyu

Yevlaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub

Yevlaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub

Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Operativ Media" Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Tural Ələddinli, 1982-ci il təvəllüdlü Mehman Cəfərov, 1990-cı il təvəllüdlü Murad Zəkəriyəyev və 2000-ci il təvəllüdlü Münasib Atakişiyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər