http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sabirabadda 17 yaşlı qızı qaçıran şəxslər saxlanılıb

05 İyul 2023 , 09:04
Sabirabadda 17 yaşlı qızı qaçıran şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Qaragüney kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar.
Dindirilmə zamanı E.Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib. Hadisədən sonra qız ailəsinə təhvil verilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • Dünən
    21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
Menyu