http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qəbələ rayonunda din xadimlərinin iştirakı ilə “Din və həmrəylik” adlı layihənin açılış mərasimi baş tutub

05 İyul 2023 , 10:05
Qəbələ rayonunda din xadimlərinin iştirakı ilə “Din və həmrəylik” adlı layihənin açılış mərasimi baş tutub

İyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda “Din və həmrəylik” adlı üçgünlük seminar öz işinə başlayıb.
"Operativ Media" xəbər verir ki, tədbir Qurani-Kərimin tilavəti və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.

Layihənin əsas məqsədi ölkəmizdə vəhdət və dini həmrəylik ənənəsinin qorunması, tarixi köklərə və milli təfəkkürə əsaslanan tolerant, multikultural mühitin gücləndirilməsi, eləcə də məzhəblərarası münasibətlərin inkişafına töhfə verməkdir.

Layihədə Qəbələ rayonundan olan din xadimləri ilə yanaşı, Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan din xadimləri də iştirak edir.

Qeyd edək ki, 4-6 iyul  tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Qəbələ rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • Dünən
    21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
Menyu