http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Avtomobilin mühərrikinin qızmaması üçün nə etmək lazımdır?

06 İyul 2023 , 22:38
Avtomobilin mühərrikinin qızmaması üçün nə etmək lazımdır?

Mühərrikin temperaturunun yüksəlməsi sürücünü 500-3000 manat arası ziyana sala bilər. Xüsusilə yay aylarında yol kənarlarında mühərrikinin temperaturunun yüksəlməsi ilə sıradan çıxan avtomobilləri tez-tez görmək mümkündür. Mühərrikin qızması bir çox hallarda onun başlığının əyilməsi ilə sıradan çıxmasına və sürücünün ziyana düşməsinə səbəb olur. Bəs bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır? "Operativ Media" mövzunu araşdırıb.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, problemin yaranmasının əsas səbəbi soyutma mayesinin düzgün seçilməməsidir.

"Əksər sürücü elə bilir ki, soyutma mayesini, yəni "antfiriz"i ancaq qışda istifadə etmək lazımdır. Düşünürlər ki, yayda isti olur, ehtiyac yoxdur. Bu kökündən yanlışdır".

Usta deyir ki, ikinci əl avtomobillərdə daha bir problem özünü qabarıq göstərir. "Termostat" və radiator barmaqlıqlarının sıradan çıxması da mühərrikin qızmasına səbəb olur.

"Sürücü deyir ki, mən hər zaman soyutma mayesinə diqqət etmişəm. Amma açıb baxırıq ki, "Termostat" və radiator barmaqlıqları kirəclənib. Avtomobilin əvvəlki sahibi su ilə idarə etdiyindən bu problem yaranıb. Ona görə, avtomobilini dəyişən sürücü bu amilə xüsusilə diqqət etməlidir ki, ondan əvvəlki sahibi necə qulluq edib".

Dəniz Ağabəyli dəyir ki, xüsusilə müşahidə edilən Amerika istehsalı olan avtomobillərin bölgələrdə yoxuş yollarda mühərrikinin qızdırmasıdır. Usta tövsiyyə edir ki, mühərrik həcmi aşağı olan avtomobilləri dik yoxuşlarda kondisionerlə və yüksək dövrlərdə idarə etmək tövsiyyə olunmur.

Avtomobilin mühərriki həddindən artıq qızdıqda isə bəzi sadə qaydalara riayət etmək lazımdır. 

"İlk növbədə soyutma mayesinin olduğu qapağı açmaq tövsiyyə olunmur. Sürücülər ilk açırlar onu və həddən artıq yüksək temperatur olduğundan əli və qolu yandıra bilər. Radiator barmaqlıqlarına su vurmaq və gözləmək lazımdır ki, mühərrik soyusun. Daha sonra isə ustaya yaxınlaşmaq lazımdır. Çünki mühərriki qızdıran avtomobillərin mühərrik başlığı (qalofka) əyilir".

Dəniz Ağabəyli deyir ki, bu hallar baş verdikdə sürücülər 500-3000 manat arası xərcə düşə bilər.

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu