Bərdədə əlil arabasındakı şəxsi "KamAZ" vuraraq öldürüb
Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, "KamAZ" markalı yük avtomobil əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub.
Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilinə dəyib.
Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.
"KamAZ" markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net