http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

MN-in Hərbi Polis İdarəsində toplanış keçirilib

07 İyul 2023 , 12:41
MN-in Hərbi Polis İdarəsində toplanış keçirilib

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirilib.

MN-dən "Operativ Media"-ya verilən məlumata görə, Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən toplanışda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplanışda cari ilin birinci yarımilində hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi və digər tapşırıqlar üzrə məruzələr dinlənilib, həmçinin növbəti tədris dövründə icra ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun növbəti tədris dövrü ərzində xüsusilə azad edilmiş ərazilərdə hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.
Sonda atəş hazırlığı üzrə nümayiş məşğələsi toplanış iştirakçılarına təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • 22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • 22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • 21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • 21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
Menyu