http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Heydər Əliyev ili çərçivəsində maarifləndirici tədbir keçirib - FOTOLAR

07 İyul 2023 , 18:57
Heydər Əliyev ili çərçivəsində maarifləndirici tədbir keçirib - FOTOLAR

Seminarda antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

"Operativ Media" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən media nümayəndələri üçün "İstehlakçı hüquqlarının qorunması və rəqabətin təmin olunması mexanizmləri" adlı maarifləndirici seminar təşkil olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə Dövlət Xidmətinin rəisi müavini Elnur Bağırov çıxış edib. Bildirilib ki, Ulu öndər tərəfindən Azərbaycanda dövlət senzurasının ləğvi ilə ölkədə söz və mətbuat azadlığının təməli qoyulub, demokratik mövqeyin, ictimai və siyasi rəyin açıq ifadəsinə təkan verilib.Daha sonra antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd müvafiq sahələrdə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların ixtisaslaşmasına dəstək göstərməkdir.

Seminarda Dövlət Xidmətinin nümayəndələri “İstehlakçıların əsas hüquqları və müdafiəsində inzibati orqanlar və məhkəmələrin rolu” və “Antiinhisar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət sahəsində Dövlət Xidmətinin vəzifə və səlahiyyətləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Hər iki mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar interaktiv formada Dövlət Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib, fəaliyyətlərində uğurlar arzulanıb.

OXŞAR XƏBƏRLƏR
Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

XƏBƏR LENTİ
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
  • 10:14

    Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
  • 10:10

    İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib
  • 10:05

    Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
  • 09:51

    Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
  • 09:40

    İsrailin şimalında yenidən hava hücumu sirenləri səslənib
  • 09:35

    KİV: Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb
  • 09:35

    Serbiyada "Partizan" azarkeşləri baş məşqçiyə xəsarət yetirdilər
Menyu