http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda yanğın olub, təhlükəli vəziyyətdə qalan sakin xilas edilib

07 İyul 2023 , 20:46
Bakıda yanğın olub, təhlükəli vəziyyətdə qalan sakin xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media"ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.

FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindən qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Tələbələrin köçürülməsi yekunlaşıb

Tələbələrin köçürülməsi yekunlaşıb

XƏBƏR LENTİ
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
Menyu