Menyu

İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

“Operativ Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Ən sərin hava şəraiti respublikanın dağlıq ərazilərində - Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində müşahidə ediləcək, günorta saatlarına 25-30 dərəcə isti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər