07 İyul 2023, 23:09
Arvadını ov tüfəngi ilə yaralayan şəxs barədə prokurorluq məlumat yayıb
Arvadını ov tüfəngi ilə yaralayan şəxs barədə prokurorluq məlumat yayıb şəkil
Arvadını ov tüfəngi ilə yaralayan şəxs barədə prokurorluq məlumat yayıb

İyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Şəmkir rayon prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Fakta görə Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək