09 İyul 2023, 14:58
Paytaxtda otluq sahədə baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Paytaxtda otluq sahədə baş verən yanğın söndürülüb (YENİLƏNİB) şəkil
Paytaxtda otluq sahədə baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Operativ Media"ya FHN-dən xəbər verilib.

Yanğınsöndürmə işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 14:06

Paytaxtda quru otluq sahədə yanğın başlayıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
2025 FIFA Klublararası Dünya Çempionatının mükafat fondu açıqlandı
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb