09 İyul 2023, 15:43
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq? şəkil
Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Son xəbərlər
Münaqişə Trampın prezidentlik müddəti bitənə qədər başa çatmalıdır
Bakıda binada partlayış baş verib - YENİLƏNİB
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb