11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Redaksiya
11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

"Operativ Media" xəbər verir ki, 7 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Ailə" market

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                       2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Adil" market

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                       2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

3

"Röya" şadlıq evi

Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

4

"Azəri" şadlıq evi

Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

5

"Sürücü" kafesi

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

6

"Vəlxan" kafesi

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

7

"Üç Oğlan" çay evi

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

8

"Gözəl Ağsu" şadlıq evi

Ağsu şəhəri, M.V.Vidadi küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9

"Kristal" kafesi

Gəncə şəhəri, C.Cabbarlı küçəsi, ev 13

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

10

"Samovar" kafesi

Goranboy rayonu, C.Cabbarlı küçəsi, ev 47

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

11

"Kəhriz" kafesi

Goranboy rayonu, Səfikürd kəndi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

 

Digər xəbərlər