10 İyul 2023, 20:06
Qanunsuz tikinti işlərinin qarşısı alınıb
Qanunsuz tikinti işlərinin qarşısı alınıb şəkil
Qanunsuz tikinti işlərinin qarşısı alınıb

Gəncə şəhərində qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün Şıxzamanlı qəsəbəsində qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb