İsmayıllıda avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Redaksiya
İsmayıllıda avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Dünən gecə saatlarında İsmayıllı rayonunun Ruşan kəndi ərazisində hərəkətdə olan “VAZ-21063” markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə  yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Digər xəbərlər