Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib

İyulun 11-də Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad,  Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qəbulda iştirak edən 70 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularının, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələrin və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Şəkil Qalereyası

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 1
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 2
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 3
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 4
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 5
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 6
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib - Şəkil 7

Digər xəbərlər