http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Elmi adların verilməsində qanunsuz hallara yol verən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub

12 İyul 2023 , 11:37
Elmi adların verilməsində qanunsuz hallara yol verən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Əliyev Şəfa Tiflis oğlunun qanunsuz əməlləri ifşa edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu