http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir

12 İyul 2023 , 14:40
Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir

“Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin yanğın bölmələri və xilasetmə dəstələri Heydər Əliyev Beynəlxalq Aeroportunun müxtəlif obyektlərində, o cümlədən uçuş-enmə zolağında, aerovağzal kompleksində, yanacaq-sürtkü materialları anbarında, aeronaviqasiya qurğularında və təyyarə anqarında şərti yanğınsöndürmə və xilasetmə işləri aparır.

"Operativ Media" xəbər verir ki, təlimlərin məqsədi artan mürəkkəblik şəraitində yanğının söndürülməsi və sərnişinlərin xilas edilməsi üçün yanğın bölmələrinin və xilasetmə qruplarının hazırlıq səviyyəsini, yanğın su təchizatı mənbələrinin istismara yararlılığını yoxlamaqdır.

Yanğınsöndürmə briqadaları və xilasedicilər vəziyyəti səriştəli şəkildə qiymətləndirməli, yanğının miqyasını minimuma endirməklə simulyasiya edilmiş fövqəladə halın ağırlaşmasının qarşısını almalı, sonradan təxliyə və ilkin tibbi yardım göstərməklə zərərçəkənlərin axtarışını vaxtında təşkil etməlidir.

Kompleks təhlükəsizlik tədbirləri çərçivəsində bu cür təlimlər mütəmadi olaraq keçirilir və hava limanının əməkdaşlarının fövqəladə hallara hazırlanmasının mühüm tərkib hissəsidir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
Menyu