http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

12 İyul 2023 , 17:42
Əli Əsədov Numan Kurtulmuşla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş zamanı 2023-cü ilin hər iki ölkə üçün xüsusilə əlamətdar olduğu bildirilərək cari ildə həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğu vurğulandı.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd olundu.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirildi, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulandı.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
Menyu