http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Lənkəranda soyğunçuluq edən şəxs saxlanılıb

13 İyul 2023 , 09:11
Lənkəranda soyğunçuluq edən şəxs saxlanılıb

Lənkəranda soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb. Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb. Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Səmədova rayon ərazisində saxlanılıb,  soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır. B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa aidiyyatı üzrə polis orqanına məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu