http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Bu gün Azərbaycan dili və ədəbiyyat, ingilis dili, təsviri incəsənət üzrə MİQ imtahanları keçiriləcək

14 İyul 2023 , 07:16
Bu gün Azərbaycan dili və ədəbiyyat, ingilis dili, təsviri incəsənət üzrə MİQ imtahanları keçiriləcək

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Operativ Media" ya bildirilib ki, bu gün imtahanların birinci seansına Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ikinci seansına isə ingilis dili, təsviri incəsənət fənləri üzrə namizədlər dəvət olunub.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4 min 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 min 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6 min 353, informatika, fizika və fransız dili fənləri üzrə 6 min 627, ibtidai sinif müəllimliyi üzrə 11 min 4, musiqi fənni üzrə isə 3 min 255 namizəd imtahanlarda iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

XƏBƏR LENTİ
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
Menyu