14 İyul 2023, 17:12
Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib
Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib şəkil
Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirlər çərçivəsində nazirliyin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri Şəhidlər xiyabanlarına gedərək Tovuz döyüşləri, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Həmçinin hərbi qulluqçular şəhidlərimizin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək