14 İyul 2023, 21:55
COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək
Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək.
“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
“Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir. Beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.
Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir”, - məlumatda vurğulanır.