16 İyul 2023, 09:39
Çətənə kolu əkən şəxs saxlanılıb
Çətənə kolu əkən şəxs saxlanılıb şəkil
Çətənə kolu əkən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edir 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Son xəbərlər
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu
İtaliyanın xarici işlər naziri İsrailin İrana hücumundan sonra təcili iclas çağırıb
BƏƏ İsrailin İrana hücumunu pisləyib
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq