Menyu

Ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görülüb (FOTO)

Ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görülüb (FOTO)

Masallıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı son 2 gün ərzində 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Ümumilikdə isə Masallıda cari ilin 6 ayı ərzində qeyd edilən hallarla bağlı 133 nəfər inzibati məsuliyyətə cəlb olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər