Bakı metrosunda sərnişin vəfat edib
"Elmlər Akademiyası" stansiyası istiqamətində "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya Metropolitendən məlumat verilib.
Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.
Təəssüf ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib. Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı, 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub. Noyabr ayında onun 64 yaşı tamam olacaqdı.
Əlavə məlumat olsa, ictimailəşdiriləcək.
Allah rəhmət eləsin.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net