17 İyul 2023, 14:42
2511
Avtomobil almaq üçün kredit, yoxsa lizinq sərfəlidir?
Avtomobil almaq üçün kredit, yoxsa lizinq sərfəlidir? şəkil
Avtomobil almaq üçün kredit, yoxsa lizinq sərfəlidir?

Avtomobili nağd almağa imkanı olmayan şəxslər lizinq və ya bankların təqdim etdiyi kreditlərdən yararlanırlar.

“Operativ Media” avtomobil almağın ən geniş yayılan üsullarından olan “Bank”, “Lizinq”, “Daxili”, “Gündəlik” kredit yollarını araşdırıb. 

Bank üsulu ilə avtomobil almaq üçün rəsmi əməkhaqqı və kredit tarixçəsinin "təmiz" olması gərəklidir. Ortalama bankların təklif etdiyi 14,5%-lə hesablasaq, 15 min manatlıq avtomobil 36 aylıq ödənişlə 18 720 manata başa gəlir.

Kredit tarixçəsi yaxşı olmayan və rəsmi gəliri olmayan şəxslər avtomobili daha çox lizinq yolu ilə almağa üstünlük verirlər. Lizinq üçün sadəcə ilkin ödəniş kifayət edir. Son zamanlar təklif olunan faizlər də aşağı endirilib. Lakin ekspertlər hələ də bu yolla kreditin heç də ucuz olmadığını deyirlər. Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, avtomobillər o qədər sadə şərtlərlə təklif olunur ki, sadəcə sürücülük vəsiqəsi və az miqdarda ilkin ödəniş imkan verir ki, hər kəs avtomobil əldə edə bilsin.

“Lizinq 16 %-lə təklif olunur. 15 min manatlıq avtomobil üçün ilkin ödəniş ödənməlidir. Hər ay etibarnamə verilir. Çünki lizinqdə etibarnamə kreditin sonuna qədər hər ay verilməlidir. Avtomobilin kasko sığortasını da vətəndaş edir. Bundan əlavə DYP xərclərini sürücü özü qarşılayır. Beləliklə, 15 min manatlıq avtomobilə 8 min manat ilkin ödəniş edib 36 ay lizinq yolu ilə almaq istəsək, yekunda 20 240 ödəniş etmiş olacağıq”.

Ekspert deyir ki, dövlət qeydiyyat nişanının “P” hərfi ilə başlamamasını istəyənlər avtomobili daxili kreditlə alırlar. Bu üsul son zamanlar daha geniş yayılıb.

“Daxili kredit faizləri həddindən artıq yüksəkdir. Hətta məbləğin üzərinə 50 %-dən artıq faiz gəlir. 15 min manatlıq avtomobil almaq istəyən şəxs 8 min manat ilkin ödəniş etsə, yekunda avtomobil onun üçün 23 000 manata başa gələcək”.

Kreditlərin ən bahalısı isə “Gündəlik" ödənişlə olanlardır. 

“Orada avtomobilin gündəlik 20-25 manatla verildiyi qeyd edilir, lakin aylığının 750 manatdan çox olduğu qeyd edilmir. Sürücü də psixioloji olaraq elə bilir ki, çox rahatdır, ödəyəcəyəm. Avtomobili alan şəxsə onu idarə etmək üçün etibarnamə verilir. Bu etibarnamə ilə avtomobili satmaq, girov qoymaq və digər şəxsə vermək mümkün deyil. Alıcı ilə satıcının arasında bağlanan müqaviləyə əsasən isə ödənişdə gecikmə olarsa, satıcı avtomobili geri ala bilir. Alıcı isə ödədiyi pulun 1 manatını belə tələb edə bilmir”.

Sərxan Qədirov deyir ki, satıcıların əsas gəliri avtomobilin iki dəfə baha satılmasından əldə olunmur. Satıcıları varlandıran ödənişi edə bilməyən alıcıdan geri qaytarılan avtomobilin yenidən başqasına satılmasıdır. Bəzən xeyli miqdarda ödəniş edən vətəndaş, sonda avtomobilsiz qalır.

“Lizinq şirkətləri daha çox avtomobili bir neçə şəxsə satmaqdan qazanır. Vətəndaş ödəyə bilmədikdə satışa təklif edir ki, kimsə ondan ya nağd alsın, ya da liziniqi keçirtsin onun adına. Bütün xərcləri də özü ödəyir. Lakin adam tapa bilməsə, ödəyə bilməsə, avtomobil əlindən çıxır. Bu yolla avtomobil alanlar ya sonda ödədikləri məbləğ bataraq avtomobilsiz qalırlar, ya da faiz dərəcəsi dəfələrlə yüksək olan məbləğ ödəməli olurlar”.

Son xəbərlər
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub