Menyu

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə cərimələr artırılıb

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə cərimələr artırılıb

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri yüz manat məbləğində cərimə ediləcək.

"Azərbaycan Dəmir Yolları" ASC-dən "Operativ Media" ya  verilən məlumata əsasən, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.

Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilmiş və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər