Menyu

Xəzərdə batan uşağın meyiti ailəsinə təhvil verilib

Redaksiya
Xəzərdə batan uşağın meyiti ailəsinə təhvil verilib
1 dəq oxu

Xəzər dənizinin Bakı sahilində uşaq batıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər