DİN ətraf mühiti çirkləndirən şəxslərlə bağlı tədbir görüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.
Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq onların hər biri barəsində inzibati tənbeh tədbiri görülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net