http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Müəllimlər niyə hər il MİQ imtahanlarından narazı qalırlar?

19 İyul 2023 , 23:05
Müəllimlər niyə hər il MİQ imtahanlarından narazı qalırlar?

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edənlərin nəticələri rəsmi olaraq elan edilib. Əvvəlki MİQ imtahanlarında olduğu kimi bu dəfə müəllimlər arasında narazı olan şəxslər az olmayıb.

"Operativ Media"ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, narazılığa səbəb olan bir sıra hallar var ki, aradan qaldırılmalıdır.

"Etiraf etmək lazımdır ki, Təhsil və Elm Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı. Belə deyək, hamı hər kəsi tanıdı. Və heç vaxt da ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir!

Amma iş olan yerdə nöqsan da olar. Ona görə də, nazirlik bu məsələdə diqqətli olmalıdır. Bu tipli məsələləri dəyirmi masada mütəxəssislərlə müzakirə etmək işin xeyrinə olardı".

Ekspertin sözlərinə görə, növbəti illərdə belə halların baş verməməsi üçün ən azı imtahan proqramının və ədəbiyyat siyahısının olması labüddür. 

"Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərərgah olmalıdır və həmin gün hansı fənnin imtahanıdırsa, o ixtisas üzrə test müəllifləri orda əyləşməlidir.

Məsəl var ki, dəmir döyülə-döyülə bərkiyər. Hər halada müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar. Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqi ilə öncədən müəyyənləşmiş yerdə gedib oturub imtahan versə, əlavə söz-söhbət də olmaz.

İlk növbədə qeyd edim ki, iyuldan etibarən orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Hal hazırda 2-ci mərhələ-test mərhələsi davam edir. Amma bu il artıq 3 il ardıcıl olaraq imtahanların gedişindən narazılıq var". Kamran Əsədovun sözlərinə görə, müəllimlər 4 səbəbdən narazıdır.

1.Test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.
2. İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orada əyləşir.
3. İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orada nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır. 
4. İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki-üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur".

Bəs narazı insanları, haqları tapdanmış iştirakları necə razı salmaq olar sualına isə Kamran Əsədov belə cavab verdi.

1. İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək. 
2. Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir. 
3. Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.
1. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır.
2. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir. 
3. İmtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.

 

Təhsil və Elm Nazirliyi tərəfindən də təsdiq olunur ki, imtahanların davam etdiyi müddət ərzində minlərlə sualdan istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Eyni seansda təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib".

Ekspert sonda bildirib ki, ümumilikdə bu proses təhsil sahəsində müsbət hal kimi qiymətləndirilməlidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu