Menyu

Tələbə krediti üçün müraciət başladı

Tələbə krediti üçün müraciət başladı

Bu gün saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər