Yasamalda sexdən 3 min manat pul oğurlayan şəxs saxlanıb
Bakıda yeniyetmə oğurluq faktlarına görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media" ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda M.Xiyabani küçəsindəki bir gözəllik salonundan kosmetika ləvazimatları, M.Həmidov küçəsində yerləşən bir sexdəki saxlanc yerindən isə 2950 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net