20 İyul 2023, 13:33
Milli Mətbuat Günü münasibətilə DSX-nin Aparatında tədbir keçirilib
Milli Mətbuat Günü münasibətilə DSX-nin Aparatında tədbir keçirilib şəkil
Milli Mətbuat Günü münasibətilə DSX-nin Aparatında tədbir keçirilib

“22 iyul - Milli Mətbuat Günü” münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib. 

"Operativ Media" xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki iştirakçılara çatdırılıb, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib. 

Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib.

Təltif edilənlər arasında "Operativ Media"nın da əməkdaşları olub.
 

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub