http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

ƏƏSMN: Ramana və Kürdəxanıda yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb

20 İyul 2023 , 17:36
ƏƏSMN: Ramana və Kürdəxanıda yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında satışa çıxarılan mənzillərin satışı davam edir.

Bu barədə "Operativ Media"-ya Sosial Xidmətlər Agentliyindən xəbər verilib. Bildirilib ki, qeyd edilən yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır.

Artıq paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb.
Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda digər mənzillərin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Samux rayonunda yerləşən mənzillər hər kvadratmetr üçün 435, Qaradağ rayonundakı Ümid qəsəbəsində 700, Abşeron rayonunda isə 780 azn-dən başlayan qiymətlərlə satışa çıxarılıb.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

OXŞAR XƏBƏRLƏR
Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

XƏBƏR LENTİ
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:40

    ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq
Menyu