http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Vətən müharibəsi qazisinə təhsili ilə əlaqədar “YAŞAT” təqaüdü veriləcək

21 İyul 2023 , 19:58
Vətən müharibəsi qazisinə təhsili ilə əlaqədar “YAŞAT” təqaüdü veriləcək

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev Vətən müharibəsi əlili Cavid Əliyevlə görüşündə bildirib.

Ü.Mehdiyev qazini ABŞ-ın Minnesota Universitetinə magistratura səviyyəsinə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, ona həmin universitet üzrə təhsil aldığı müddətə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1000 ABŞ dollarıdır.

Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu