Zaqatalada iki avtomobil toqquşub
Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş Asma körpünün girişində baş verib.
Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net