http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bir gündə Abşeronda cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib

22 İyul 2023 , 14:12
Bir gündə Abşeronda cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib

Ötən gün Abşeron rayonunda hüquqpozmalara qarşı polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib
 
"Operativ Media" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Belə ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron aşkar edilib. 
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Namiq Şükürov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan çox heroin aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən  əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Zaur Hüseynov tutulub. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Məmmədov Elşad Lətif oğlu saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib üzərində daşıdığı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Xırdalan şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Məmmədov Elşad Namiq oğlu da saxlanılıb. Bu şəxsdən satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin aşkar edilib.
Abşeron rayonunda qeyd edilən tədbirlər çərçivəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması üzrə 12, narkotiklə əlaqəli cinayətlərə görə 8, küçə ticarəti, eləcə də avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 40, xırda xuliqanlığa vəxırda talamaya görə 32 fakt aşkarlanıb, mülki axtarışa görə 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 117 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə sükan arxasında əyləşən, eləcə də konstruksiya dəyişikliyi edən 14 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 182 fakt müəyyən edilib. İtkin düşən 4 nəfər tapılaraq yaxınlarına təhvil verilib.
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1962 fakt aşkar olunub. Abşeron rayonu ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər mütəmadi olaraq etdiriləcək.
 
 

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu