Paytaxtın bəzi küçələri yuyulub

Redaksiya
Paytaxtın bəzi küçələri yuyulub

İyulun 22-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 544 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, BŞİH-in qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

Digər xəbərlər