Bu gün saat 17 radələrində Salyan rayonunun Qardili kənd sakini Yaşasın Səfərovun Sarvan kəndi ərazisində yerləşən fermaların birində odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tək lüləli ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
XƏBƏR LENTİ
Salyanda fermada bir nəfər güllələnib
Müəllif: Redaksiya•

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər
Salyanda fermada bir nəfər güllələnib
Redaksiya•