http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal foruma hazırlaşır

23 İyul 2023 , 09:15
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal foruma hazırlaşır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XXVI Ali Səviyyəli Toplantısına və XI Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçirib.

Bu barədə “Operativ Media”ya Mərkəzdən bildirilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin baş katibi Antoniu Quterreş və bir sıra BMT agentliklətinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin nəticəsi olaraq Mərkəz mövcud əməkdaşlıqların möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaq məqsədi ilə BMT qurumlarının rəhbərləri ilə yüksək səviyyəli toplantılar keçirməkdədir.

Nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci prezidenti (cari) Ksaba Korosi, 78-ci prezidenti (seçilmiş) Dennis Fransis, BMT İnkişaf Proqramının Administratoru Açim Steyner, ABŞ-ın Xarici Siyasəti üzrə Milli Komitəsinin baş icraçı direktoru və prezidenti xanım Suzan Elliot və BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsinin ofisi ilə görüşlər keçirib.

Görüşlərdə Mərkəzi həmsədr və Dünya Bankının sabiq vitse-prezidenti Dr İsmail Səragəldin, Bosnia və Herzeqovinanın sabiq baş naziri və BMT səfiri Zlatko Laqumdziya, baş katib Rövşən Muradov təmsil ediblər.

Görüşlər zamanı Mərkəzin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində baş tutacaq XXVI Ali Səviyyəli toplantısı, 2024-cü ilin martında baş tutacaq XI Qlobal Bakı Forumunun hazırlıq mərhələsi ilə bağlı müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu